C. İyl 30th, 2021

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Frenk Lempardı istefaya göndərməyə hazırlaşır.

Apasport.az saytının “Telegraph” nəşrinə istinadən məlumatına görə, London təmsilçisi artıq bu gün gənc mütəxəssisin gedişini elan edəcək.

Məlumatda bildirilib ki, rəhbərlik futbolçulara səhər bazaya gəlməməyi tapşırıb. Bu posta namizədlər isə Massimiliano Alleqri və Tomas Tuxeldir.

Qeyd edək ki, Frenk Lempard “Çelsi”nin sükanı arxasına 2019-cu ilin yayında keçib. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.