C. İyn 18th, 2021

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb.

bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11‑ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur:

“Belə ki, şagird bəzi mövzularla aşağı siniflərdə daha sadə şəkildə tanış olursa, bu mövzular üzrə bilik və bacarıqlar təhsilin yuxarı pillələrində müxtəlif tədris vasitələri ilə daha da təkmilləşdirilir. Beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə ehtiva olunur. Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki dərsliklər əsasında mövzu barədə müəyyən hazırlığa malik olur”.