Ca. İyn 24th, 2021

Dünyanın 30 ölkəsində yenidən “quş” qripi yayıldığı üçün bu yerlərdən ölkəmizə quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub.

bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib. Onun sözlərinə görə, yaranan vəziyyəti nəzarətdə saxlamaq üçün ölkəyə idxal olunan quş və quşçuluq məhsullarının monitorinqi gücləndirilib:

“Hazırda Ukraynanın bir neçə vilayətində bu virusa rast gəlinib. Bu səbəbdən həmin vilayətdən ölkəmizə diri quş və quşçuluq məhsuluna məhduyyətlər tətbiq olunub. İran İslam Respublikasında da bu virus var, bu səbəbdən qonşu ölkədən də quşçuluq məhsullarının idxalı həyata keçirilmir”.

Q.Əbdüləliyev qeyd edib ki, noyabr ayından bu günə kimi aparılan monitorinqlər nəticəsində ölkədə “quş” qripi ilə bağlı şübhəli vəziyyətə rast gəlinməyib, bununla belə virusun daşıyıcıları köçəri quşlar olduğuna görə ehtiyat tədbirlərinin görülməsi zəruridir: