Ca. İyn 24th, 2021

Bu gündən etibarən şəhərlərarası və rayonlararası gediş-gəliş bərpa olunub.

Nazirlə Kabinetinin qərarına əsasən eyni zamanda Azərbaycanda ticarət obyektləri, bərbərxana və gözəllik salonları da öz fəaliyyətini bərpa ediblər.

Respublika ərazisində artıq uzun müddət idi ki, sözügedən obyektlər bağlı idi, bəziləri isə online fəaliyyət göstərirdilər. Artıq bu gündən etibarən isə bu sahələr yerində xidmətə başlayıblar. Bunu üçün onlar son bir neçə gün idi ki, hazırlıq işləri görürdülər.

Obyektlərin daxili hissəsində gigiyenik qaydalarına uyğun müəyyən təmizlik və dezinfeksiya işləri aparılıb, giriş qapısına elanlar vurulub.