Şb. İyn 19th, 2021

“Hər təhsil müəssisəsində operativ nəzarət üzrə nümayəndə seçilir və bütün karantin rejiminə uyğun olaraq qaydaları tənzimlənir”.

APA-nın məlumatına görə, bunu media nümayəndələri üçün tədrisin ənənəvi formasının bərpası mövzusunda keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, buna məktəb rəhbərləri də, hər bir cəmiyyət üzvü də cavabdehdir: “Bakı şəhər Təhsil İdarəsi də məktəbləri mütəmadi monitorinq edəcək ki, problemlər aradan qaldırılsın. 185 məktəbdə məktəblinin dostu da bizə kömək edəcək”.