Ç. İyn 23rd, 2021

“Cənub Qaz Dəhlizinin növbəti mərhələsində biz Qərbi Balkanlarda əlavə bazarlara çatmağa ümid edirik”.

APA-nın xəbərinə görə, bunu SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Böyük Xəzər Regionunda Cənub Qaz Dəhlizinin tamamlanması və enerji bazarının gələcəyinə dair müzakirədə deyib.

O bildirib ki, Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışı olacaq.

“İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbirsizliklə gözləyirik”, – deyə o vurğulayıb.