C. İyl 30th, 2021

Türkiyə milli komandasının futbolçusu Cenk Tosun karyerasını yenidən “Beşiktaş”da davam etdirəcək.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hücumçu axtarışında olan İstanbul təmsilçisi sabiq forvardını icarəyə götürür.

“Ağ-qaralar” futbolçunun müqavilə ilə məxsus olduğu “Everton”la razılığa gəlib. Anlaşmaya əsasən Cenk mövsümün sonunadək “Beşiktaş”da çıxış edəcək.

Qeyd edək ki, Tosun İstanbul klubunda ümumilikdə 142 oyunda 64 qol vurub.