Şb. İyl 24th, 2021

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Şimali İrlandiyaya koronavirusa qarşı peyvəndlərin tədarükünə qoyulmuş və bunun üçün “Brexit” haqqında razılaşmaya xüsusi maddənin əlavə edildiyi qadağa ilə bağlı vəziyyəti müzakirə edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası tərəfindən yayılan açıqlamada göstərilib.

“O (B.Conson), Avropa Birliyi tərəfindən bu gün atılmış addımların peyvənd ixracına göstərə biləcəyi potensial təsirlərdən dərin narahatlığını dilə gətirdi”, – deyə hökumət başçısının nümayəndəsi bildirib.

B.Conson yaranmış vəziyyəti bundan əvvəl İrlandiyanın Baş naziri Mixol Martinlə də müzakirə edib.

Qeyd edək ki, Avropa Birliyi cümə günü təcili olaraq cəmiyyətə üzv ölkələrdən xüsusi razılıq almadan öz ərazisindən koronavirusa qarşı peyvəndlərin ixracını qadağan edən bir mexanizm təsdiqləyib. Sxem azı mart ayının sonuna qədər davam edəcək və yalnız AB-nin ilkin satınalma müqavilələri bağladığı şirkətlərdən dərman ixracına aiddir. Avropa Komissiyası məhdudiyyətlərin, “Brexit” razılaşmasının şərtlərinə görə, AB üzvü İrlandiya Respublikası ilə sərhədin şəffaf qalması lazım olan Şimali İrlandiyaya da tətbiq olunduğunu açıqlayıb. Təşkilat bunu peyvəndlərin Britaniya ərazisinə ötürülmə ehtimalından çəkinməsi ilə izah edib.