Ca. Avq 5th, 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 137 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5642 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6682, ağır xəstələr isə 1808 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 435 247 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 134 403 nəfər sağalıb, 25 210 nəfər isə ölüb.