Ça. İyn 22nd, 2021

Yanvarın 26-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.

iclasda 2021-ci ilin yaz sessiyası ərzində komitənin qanunvericilik fəaliyyətini və digər tədbirləri əhatə edən iş planı təqdim olunub. Komitə sədri Ziyafət Əsgərov komitənin gündəliyində olan “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” qanun layihələri barədə ətraflı məlumat verib.

Bildirib ki, həmin layihələr rəy alınması üçün hələ ötən sessiyalardan müvafiq nazirliklərə təqdim olunub. 2020-ci ildə Azərbaycanın hərb tarixində baş verən mühüm hadisə – Vətən müharibəsi xüsusilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna bir sıra yeniliklərin edilməsi zərurətini yaradıb.

Yekunda yaz sessiyasının iş planı təsdiqlənib.