C. İyl 30th, 2021

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən Milli Məclisin deputatı Afət Həsənova 2020-ci ildə seçicilərin qəbulu, təmsil etdiyi rayonda qaldırılan məsələlərin həlli istiqamətində gördüyü işlərin hesabatını verib.

qeyd olunan müddət ərzində qəbul zamanı seçiciləri ilə səmimi söhbət edən və onlarla qarşılıqlı müzakirələr aparan A.Həsənova hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib, həlli mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsini təmin edib, o cümlədən icra başçsının və aidiyyatı məsul şəxslərin iştirakı ilə bir sıra problemlərə yerində baxış keçirib.

Beləki, A.Həsənova ötən müddət ərzində sosial məsafə və karantin rejimi ilə əlaqədar digər tələblər gözlənilməklə deputat qərargahımda, eyni zamanda onlayn qaydada da ümumilikdə 51 seçici qəbul edib, onların problemləri dinləyib, o cümlədən seçicilərə müvafiq hüquqi izah verilib, həlli mümkün məsələlərlə bağlı yerində tədbir görülüb. Qaldırılan digər problemlərlə bağlı aidiyyəti üzrə müraciətlər edilib və məsələlər nəzarətə götürülüb.

Bundan əlavə pandemiya ilə əlaqədar müraciət etmiş 200-dən çox aztəminatlı ailəyə ərazaq və ya maddi yardımın verilməsi təmin edilib.