Şb. İyl 24th, 2021

21 yanvar 2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökümətləri arasında “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması tarixi bir hadisədir və Xəzərin sülh dənizi statusunun möhkəmlənməsi üçün olduqca vacib əhəmiyyət daşıyır.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, son illər iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını müşahidə edirik:

“Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və imzalanan onlarla sənəd dövlətlərarası münasibətlərə kifayət qədər müsbət təsir göstərib, əlaqələrəmizin daha da güclənməsinə səbəb olub. “Dostluq” yatağı ilə bağlı imzalanan memorandumla ilə Azərbaycan və Türkmənistan arasında həllini tapmamış hər hansı bir məsələ qalmadı”.