Ç. İyn 23rd, 2021

Dövlət başçısı tərəfindən Şuşaya xüsusi nümayəndənin təyin olunması olduqca əlamətdar hadisədir və eyni zamanda, Şuşaya olan diqqətin, Şuşada bundan sonra başlayacaq böyük quruculuq işlərinin növbəti müjdəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Şuşa bizim tariximizdir, mədəni irsimizdir: “Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də simvol kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisə idi. Həmin gün bu ölkədə hamı sevincindən ağladı, hamı bayram elədi, hamı həyatının ən xoşbəxt günlərindən birini yaşadı.

Şuşanın işğaldan azad edilməsi ermənilərə dağ çəkib. Naqis düşmən məhz Şuşanı uduzandan sonra anladı ki, təcili bir şəkildə kapitulyasiya aktına qol çəkməlidir. Ona görə diz çökdülər, yalvardılar, məğlubiyyətlərini etiraf etdilər. Üstəlik, həmin məğlubiyyətdən doğan rəzil durum bu gün də erməni seqmentinin bütün sahələrində hiss olunur. Hətta hökumət üzvlərinin açıqlamalarında belə. Yəqin xatırlayırsınız, bir müddət öncə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan belə bir sərsəm açıqlama vermişdi ki, “Şuşa ermənilərin mədəniyyət mərkəzidir”.