Ca. İyn 24th, 2021

Hazırda üzərində iş gedən Azərbaycanın rəqəmsal məşğulluq xəritəsinin əhəmiyyəti açıqlanıb.  

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib ki, rəqəmsal məşğulluq xəritəsində məşğulluq, demoqrafik göstəricilər, eyni zamanda peşələrlə bağlı bütün göstəricilər əksini tapacaq. 

Rəqəmsal məşğulluq xəritəsində ərazi məşğulluq proqramlarının icra vəziyyəti, bu qəbildən olan bütün bu məlumatlar əks olunacaq: “Bu rəqəmsal xəritə ictimaiyyət üçün açıq olacaq. Xəritənin tətbiqi ilə biz istənilən bölgə, şəhərlə bağlı bütün məlumatları – demoqrafik göstəriciləri, doğum əmsallarını, qadın və kişi sayını, istənilən yaş qrupundakı insanların sayını real vaxt rejimində əldə etmiş olacağıq. Eyni zamanda həmin bölgə üzrə prioritet peşələr və növbəti illərdə hansı peşələrin prioritet olacağı barədə məlumat əldə edə biləcəyik. İnanırıq ki, bu xəritənin tətbiqi müxtəlif istiqamətlərdə həm dövlət, həm də özəl təşəbbüslər üçün bir başlanğıc olacaq”.