C. İyn 18th, 2021

“Ötən gün Xəzər dənizində 4.5 bal gücündə baş verən zəlzələ Badamdar qəsəbəsində baş verən sürüşmənin aktivləşməsinə səbəb olub”.

APA xəbər verir ki, bunu  Səbail Rayonu Badamdar şossesində baş verən sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

“Qəza nəticəsində xəsarət alan olmasa da, 2 fərdi yaşayış evinə və Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtilə fəaliyyəti dayandırılıan iaşə obyekti zərər görüb.”

Qeyd edək ki, yanvarın 28-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 4.5, dərinliyi 60 km olub. Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.