Ca. Avq 5th, 2021

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, tarixi faktları təhrif etmələri, Azərbaycan əraziləri ilə bağlı saxta, uydurma məlumatlarla çıxış etmələri yeni deyil. Mənfur qonşumuz bir əsrdən artıqdır ki, təkcə ərazi iddiaları ilə çıxış etmir, işğal, etnik təmizləmə siyasətini əlində bayraq edir, eləcə də Azərbaycanın toponimlərinə qarşı sərsəm bəyanatları ilə gündəmə gəlir.

Bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, belə sərsəm bəyanatlardan biri müzəffər Azərbaycan Ordusunun 2020-ci il 44 günlük vətən savaşından sonra işğaldan azad edilmiş tarixi Azərbaycan şəhəri Şuşa ilə bağlı diqqəti cəlb edir.

Tarixçi qeyd edib ki, 2020-ci ilin noyabrın 8-də şanlı Azərbaycan əsgərinin gərgin döyüşlərdən, ölüm-dirim savaşından sonra Şuşanı işğaldan azad etməsini düşmən cəbhəsi heç cürə həzm edə bilmir, hazırkı informasiya yükünün böyük ağırlığını Şuşa şəhərinin üzərinə yönəldir, son günlərdəki daha bir neçə bəyanatlarında guya “Şuşa uğrunda Azərbaycan əsgərinin döyüşmədiyini, Şuşanın ermənilər tərəfindən könüllü təslim edildiyini”, “bağışlandığını”, bir az da irəli gedərək “Şuşa şəhərinin əsasının ermənilər tərəfindən qoyulması”, şəhərin tarixi adının “Şuşa deyil, Şuşi olması”, “çar Rusiyası dövründə şəhər əhalisinin böyük əksəriyyətinin ermənilərdən ibarət olması” kimi fikirlərlə ürək bulandırmaqdadırlar: