Ç. İyn 23rd, 2021

Tarixin ən irimiqyaslı vaksinasiya kampaniyası çərçivəsində koronavirusa qarşı bu günədək 57 ölkədə 71,3 milyondan çox şəxs peyvənd olunub.

bu barədə “Bloomberg” agentliyinin araşdırmasında deyilir.

Qeyd olunur ki, sutka ərzində dünyada 3,5 milyon insana peyvənd vurulur.

Peyvəndləmə sayına ABŞ liderlik edir. Bu ölkədə bu günədək 24,4 milyon nəfər və ya əhalinin 7,45 faizi peyvəndlənib. Çində 15 milyon nəfərə, Avropa İttifaqında isə 9,7 milyon nəfərə peyvənd vurulub.