Ça. İyl 27th, 2021

Dünyada son sutka ərzində 562 001 nəfər koronavirusa yoluxub, 16 061 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 100 455 529 yoluxma hadisəsi, 2 166 440 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (274 335), payına düşür. Digər yerləri isə Avropa (209 786) və Cənub-Şərqi Asiya (26 530) bölüşür.