Şb. İyl 24th, 2021

Ermənilər AzTv-nin youtube kanalını çoxlu sayda şikayət edib.

Bu barədə Trend-ə Azərbaycan Televiziyasından bildirilib.

Məlumatda bildirilib:

“Kanalımızda yeni videoların yüklənməsinə və canlı yayımların nümayişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.
Araşdırma nəticəsində məlum olub ki, xoşagəlməz hal ermənilərin çoxsaylı şikayətləri nəticəsində baş verib. Onlar guya AzTV-nin “YouTube”un siyasətinə uyğun olmayan videolar yükləməsi ilə bağlı sözügedən platformaya şikayətlər edib, bununla da bir daha erməni xislətlərini nümayiş etdiriblər.