Be. İyn 21st, 2021

Ermənilərin işğal dövründə meşələrimizi yandırması yalnız oduncaq ehtiyatının tükədilməsi kimi qəbul edilməməlidir.

Bunu Trend-ə “Ekostil-Azərbaycan” Təbiəti Müahfizə ictimai birliyi sədri Elman Yusifov deyib.

Onun sözlərinə görə, meşələrin yanğına məruz qalan torpaq döşənəyində həşəratlar yaşayıblar. Həmin həşəratların 70-80 faizi isə məhsulvermə proseslərində iştirak edirlər:

“Azərbaycan florasında 5000-ə yaxın bitki növü var. Onların 400-ə yaxını ağac, kol bitkisidir. Həmin ağac-kol bitkisinin 150-si çəyirdəkli, meyvəli, giləmeyvəli, yəni qida əhəmiyyətli bitkilərdir. Yanğınlar nəticəsində həmin həşəratların məhvi sonda bitkilərin məhsuldarlığının da azalmasına səbəb olur. Çünki həşəratlar tozlandırıcı canlılardır. Çiçəkli bitkilər isə yalnız tozlandıqdan sonra məhsul verirlər. Bu baxımdan, meşələrin yandırılması məhsuldarlığa təsir göstərə bilər”.