C. İyn 18th, 2021

Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə Ermənistanı deyil, uzun illərdir ki, onu bir dövlət kimi ayaqda tutan erməni diasporunu da çökdürdü. Artıq diaspor-dövlət bağı düz ortadan qırılıb. Müharibənin acı məğlubiyyəti “güclü” erməni diasporunda sağalmaz məyusluq yaradıb.

Ermənistyanın düşdüyü bu durum Azərbaycanla bağlı bir sıra gizli mətləbləri də üzə çıxardı. Xatırlayırsınızsa, 6-7 il bundan qabaq Qərbdə Azərbaycana qarşı qışqırdılan qaragüruh, təxribatçı bir dəstə formalaşdırıldı. Və bu üzdəniraq dəstə sırf Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə və ən əsası da Azərbaycan xalqına qarşı yönəlmişdi. Bu şəxslər hansısa qanunsuz yollarla Avropaya, ABŞ-a sığınan dələduzlardan təşkil edilmişdi. Öhdəlikləri isə hər fürsətdə Azərbaycanı aşağılamaq, təhqir etmək, nəticə etibarı ilə dünyada bu ölkənin nüfuzunu aşağı salmaq idi. Bunun üçün ən iyrənc yollara və üsullara belə əl atdılar…

Biz həm dövlət, həm də aryrı-ayrı ekspertlər olaraq bu “iyrənc” dəstənin erməni diasporu tərəfindən maliyyələşdirildiyini və yönləndirildiyini dəfələrlə bəyan etmişdik. Lakin it öz sahibinə hürmədiyi kimi, bunlar da öz ağıllarınca, ağalarını ayağa vermirdilər. Qərb kimi acımasız bir qütbdə işləmədən-gücləmədən “göydən yağan pulla” Azərbaycanı və azərbaycanlıları qandıracaqlarını sanırdılar.
Lakin Vətən müharibəsində Azərbaycanın dəmir yumruğu erməni diasporunun Azərbaycana qarşı bu çirkin kampaniyasını həm ifşa elədi, həm də sapı özümüzdən olan o küt baltaları baltaladı.

Diqqət etsəniz, görərsiniz ki, müharibə başlayan bir günə qədər susmayan, hətta səslərini bir qədər də çoxaldan bu qaragüruhçu qurbağaların gölünə sanki yekə bir daş atdılar. Müharibə və ondan sonrakı dövrdə onların heç birinin səsi çıxmadı. Çünki ağalarının əsas diqqəti və maliyyəsi müharibəyə yönəlmişdi. Əldə-ovucda olan bütün vəsait cəbhəyə axıdılırdı. Bu hayda, Avropa və ya ABŞ-da hürdürülən küçüklər yada düşürdü elə…