Ca. Avq 5th, 2021

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 125 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 167 026, ölənlərin sayı isə 3080 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 157 519 nəfərin sağaldığı bildirilir.