C. İyl 30th, 2021

Bu ilin fevral ayının 1-dən dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur.

bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Ko­missiyasının sədri Famil Mustafayev deyib.

Ölkə üzrə 3 il müddətində fəaliyyət göstərəcək 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurasının, bundan başqa, 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurasının yaradıldığını və həmin dissertasiya şuralarının işinə ümumilikdə 1798 yüksəkixtisaslı mütəxəssisin, o cümlədən AMEA-nın 48 həqiqi üzvü və 62 müxbir üzvünün cəlb edildiyini vurğulayan Komissiya sədri “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və həyata keçirilməsinə dair Tələblər” haqqında ətraflı məlumat verib.

Bildirib ki, bu tələblər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər” əsasında hazırlanıb. Onun sözlərinə görə, xüsusi karantin rejimində dissertasiya mü­da­fiələri bu tələblərə riayət olunmaqla Azərbaycan Respublikasının Prezidenti ya­nın­da Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş “Dissertasiya şu­ra­larının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat”la nəzərdə tutulan müddəalar əsa­sında həyata keçiriləcək.