Ç. İyn 23rd, 2021

Nazirlər Kabineti tərəfindən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili ilə bağlı qərar verilib.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək.

fevralın 1-dən ümumtəhsil müəssisələrində ilk olaraq ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunacaq. Bakıda (həmçinin Sumqayıt və Abşeronda) məktəbəqədər qruplarda əyani təhsil formasının həftədə 2 dəfə, ibtidai siniflər üzrə həftədə 3 dəfə olmaqla bərpası planlaşdırılır.

Fevralın 1-dən sonrakı 2 həftə müddətində isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.