Ca. İyn 24th, 2021

Yanacaqdoldurma məntəqələri insanların tez-tez istifadə etdikləri məkandır. Burada onlar nəqliyyat vasitələrini yanacaqla təmin edir, bəzən isə qəlyanaltı üçün dayanırlar.

Bildiyimiz kimi, neft və qaz məhsulları kiçik bir qığılcımdan asanlıqla alışa bilir. Ona görə də bu məntəqələrdə yanğın və ya partlayış hadisəsinin baş verməməsi üçün müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün obyekt rəhbərləri və işçi heyəti ilə mütəmadi görüşlər keçirir, onları yanğın təhlükəsizliyi sahəsində maarifləndirir, aidiyyəti şəxslər tərəfindən təlimatlandırma tədbirlərinin vaxtaşırı həyata keçirilməsinin zəruriliyini onların nəzərinə çatdırır. Yanacaqdoldurma məntəqələrində olarkən bəsit, amma həyat və sağlamlığımız üçün ciddi əhəmiyyət kəsb edən aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

– avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir;