Bz. İyn 20th, 2021

Fransada artıq 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın baş naziri Jan Kasteks özünün “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Fransada koronavirusa qarşı peyvəndləmə ötən il dekabrın 27-si başlayıb. İlk növbədə qocalar evinin sakinləri və səhiyyə işçilərinin peyvəndlənməsi nəzərdə tutulub.