Ça. İyl 27th, 2021

İspaniya Futbol Çempionatının 21-ci turunun oyununda “Real” öz meydançasında “Levante”yə 1:2 hesabı ilə məğlub oldu.

Trend TASS-a istinadən xəbər verir ki, qolları qaliblər arasında Xose Morales (32-ci dəqiqə) və Marti Roxer (78), digər tərəfdən isə Marko Asensio (13) vurublar.

Turnir cədvəlində iki oyun az oynayan lider “Atletiko”dan yeddi xal geridə qalan “Real” 40 xalla ikinci, “Levante” 26 xalla 9-cu yerdədir.

Növbəti turda “Real” “Ueska” ilə oynayacaq, “Levante” “Qranada”nı qəbul edəcək. Hər iki matç 6 fevralda baş tutacaq.