Bz. İyn 20th, 2021

Elmir Vidadi oğlu Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində doğulub.

Ümumi orta təhsilini 28 nömrəli tam orta məktəbdə alıb. 1 nömrəli Gəncə peşə liseyində təhsilini davam etdirib. Əsgərliyə getmədən öncə yaxınlarına “ürəyimə damıb ki, şəhid olacağam” deyən Elmir anasına da “şəhid olsam, ağlama, başını dik tut” deyib son görüşündə.

Qardaşının sözlərinə görə, Elmir hər zaman Mübariz İbrahimov haqqında videolara baxıb deyirmiş ki, “gör, necə oğullar gedib bu dünyadan”. Elmir hələ uşaq ikən “Canımı bu Vətənə verərəm” söyləyib.

Videolarda əks olunan bu görüntülər bir daha göstərir ki, bu oğullar elə Vətən üçün doğulurlar.