Be. İyn 21st, 2021

Goranboyda iki nəfər dəm qazından zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Aynurə Rəsulova və 2013-cü il təvəllüdlü Sürayyə Rzayeva dəm qazından zəhərlənərək rayon xəstəxanasına aparılıblar.

Zəruri tibbi yardım göstərildikdən sonra hər iki şəxsin durumu stabilləşib və onlar evə buraxılıblar.