Ca. İyn 24th, 2021

 İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın dövlət rəsmiləri ilə Qara dənizlə İran körfəzini əlaqələndirən tranzit dəhlizinə dair müzakirələr aparıb. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu İran XİN başçısı özünün “Twitter”hesabındakı paylaşımında bildirib.

“Çoxillik ikitərəfli bağların və regional əməkdaşlığın genişləndirilməsinə dair, xüsusilə də Qara dənizi İran Körfəzi ilə əlaqələndirən tranzit dəhlizinə dair əla müzakirələr aparıldı”, – deyə iranlı nazir qeyd edib.