Be. İyn 21st, 2021

Gürcüstan koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksininin ilk dozasını fevralın sonunda qəbul edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O, bununla bağlı göstərdiyi dəstəyə görə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusa təşəkkür edib.

G. Qaxaria qeyd edib ki, milli vaksinasiya proqramına əsasən, vaksinlər ölkəyə gətirilən kimi səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılacaq.