Şb. İyn 19th, 2021

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tanışlıq xarakteri daşıyan görüş zamanı tərəflər iki ölkə arasında dost və strateji tərəfdaşlıq əlaqələrinə fokuslanıblar.

Tərəflər regional təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.