Be. İyn 21st, 2021

2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək növbəyə alınmış şəxslər, eyni zamanda 2020-ci ildəki hərbi əməliyyatlar nəticəsində mənzil almaq hüququ qazanan şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı paralel həyata keçiriləcək.

bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək növbəyə alınmış şəxslərin siyahısı artıq yerli icra hakimiyyətlərində var. Bu siyahı onlar tərəfindən ƏƏSMN-ə təqdim ediləcək:

“2020-ci ildə zəfərlə bitən müharibədə şəhid olanların ailələrini və əlillərini uzun müddət mənzil növbəsində gözlətməmək üçün hər iki kontingentlə bağlı məsələlər növbəlilik əsasında aparılacaq. Bu səbəbdən 5 il ərzində bu sərəncamın icrası ilə bağlı yekunlaşdırma tapşırığı verilib”.