Ca. Avq 5th, 2021

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Berlin təmsilçisini Pal Dardai çalışdıracaq.

Macarıstanlı mütəxəssisə Andreas Noyendorf kömək edəcək. Dardai istefaya göndərilən Bruno Labbadianı əvəzləyəcək.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis əvvəllər də Dardaini çalışdırıb. O, 2015-19-cu illərdə paytaxt təmsilçisinə rəhbərlik edib. Bunadək isə macarıstanlı 15 il bu komandanın futbolçusu olub.