Ca. İyn 24th, 2021

Hindistanın Cammu və Kəşmir müttəfiq ərazisində yüngülhəcmli hərbi helikopterin qəzaya uğraması nəticəsində bir pilotu ölüb, digəri isə ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə axşam saatlarında baş verib.

Helikopter “Hindustan Aeronautics Ltd.” şirkətinə məxsus olub.