Ca. Avq 5th, 2021

“Avro Qrand” şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb.

APA xəbər verir ki, X. Cəfərov külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.

X. Cəfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, X. Cəfərov bundan əvvəl də dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib. O, 2018-ci ilin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq zadlığa buraxılıb.