Be. İyn 21st, 2021

Bakıda təmirlə əlaqədədar iki marşrut avtobusunun hərəkət sxemi dəyişib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildiyindən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.