Şb. İyl 24th, 2021

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.
Avrozonanın xidmət və sənaye sektorlarına dair fundamental göstəricilərin müsbət açıqlanması, avronun məzənnələrinə dəstək olub. 1.22$-ın qırılması ilə bahalaşmanın 1.23$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Bu həftə çərşənbə günü Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq FED-in mətbuat konfransı da önəmli rol oynayacaqdır.

GBP.
Foreks bazarlarında dolların və enerji birjalarında neft qiymətlərinin bahalaşması, GBPUSD məzənnəsinə də dəstək olmaqdadır. Çərşənbə axşamı saat 11:00-da dərc ediləcək İngiltərənin əmək bazarına dair önəmli funsamental göstəricilər öncəsi funt sterlinq üzrə proqnozlar da bahalaşmağın davam edəcəyi istiqamətindədir. Ən yaxın hədəfi isə 1.38$-dır.

TRY.
USDTRY məzənnəsi s on bir ay ərzində 7.50 – 7.30TL aralığında dalğalanıb. Bu həftə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maliyyə siyasəti haqqında son çıxışında yenidən yüksək faizlərə qarşı olmasını vurğulaması, TCMB-nin gələcək faiz qərarına dair ehtimallara da təsir etməklə yanaşı, USDTRY məzənnəsinin son səviyyələr aralığında dalğalanmasınmaqda davam edəcəyinə təsir edəcəyi proqnozlaşdırılır.
Bununla bərabər gələn həftə açıqlanacaq inflyasiya fonunda proqnozlar da diqqət mərkəzində saxlanılmalıdır. Burada 14%-ə düşmə ehtimalları, lirəyə də müsbət təsir edə bilər.