Şb. İyn 19th, 2021

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyinə verilən sənaye məhəllələri və parklar məlum olub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına etdiyi dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir Sənaye Parkının, Qaradağ Sənaye Parkının, Masallı Sənaye Məhəlləsinin, Pirallahı Sənaye Parkının, Hacıqabul Sənaye Məhəlləsinin və Sabirabad Sənaye Məhəlləsinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.