Şb. İyl 24th, 2021

İran bölgədə altıtərəfli (Azərbaycan -Türkiyə-Gürcüstan və Rusiya-İran-Ermənistan) əməkdaşlıq platformasının təşkil olunmasını istəyir.

bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada jurnalistlərə açıqlamasında deyib.

M.C.Zərifin sözlərinə görə, Qafqaz və ətraf ölkələrə səfərin əsas məqsədi bundan ibarətdir.

Nazir əlavə edib ki, Moskva səfəri çərçivəsində Qarabağ, İranın nüvə proqramı, Rusiya ilə ikitərəfli münasibətlər və bir sıra beynəlxalq məsələlər müzakirə olunacaq.