Şb. İyn 19th, 2021

Tehran ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışı mövzularında əməkdaşlıq edə bilər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

C.Zərif bildirib: “Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də sizinlə [ABŞ ilə – red.] əməkdaşlıq etmək üçün heç bir problem görmürük”.

Onun sözlərinə görə, Fars körfəzindəki xarici qüvvələrin olması təhlükəsizliyə təhdiddir və ABŞ buranı tərk etməlidir.