C. İyn 18th, 2021

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 383 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 945 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 372 977 nəfərə çatıb. Virus daşıyıcılarından 4 090 nəfərin vəziyyəti ağır qiymətləndirilir.