Be. İyn 21st, 2021

İranın Hörmüzqan əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, 4.9 bal gücündə baş verən zəlzələ Hörmüzqan əyalətinin Faryab qəsəbəsində qeydə alınıb.

Yerin 21 km dərinliyində baş verən zəlzələ nəticəsində dağıntılar və yaralılar barədə məlumat verilməyib.