Be. İyn 21st, 2021

Peşə hazırlığının yenidən qurulması sahəsində dövlət-özəl sektorun əməkdaşlığı zamanı özəl sektor qarşısında birinci qoyacağımız tələb bizim peşə hazırlığına cəlb edəcəyimiz müdavimlərin məşğulluqlarının birmənalı olaraq işlə təmin edilməsi ilə bağlı olacaq.

bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M. Abbasbəyli deyib ki, bu ildən bu sahədə önəmli irəliləyiş əldə olunacaq.