Ca. İyn 24th, 2021

“İşğaldan azad olunan ərazilərimizdə ilk olaraq təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görüləcək”.

 APA-nın məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov deyib. O bildirib ki, bu ərazilərdə ETSN tərəfindən geoloji müxtəliflik, su ehtiyatları, meşələrin qorunması, coğrafiya və xəritəçəkmə sahələrində aparılan işlərdə gənclərin yaxından iştirakı nəzərdə tutulur. Bu layihənin məqsədi həmin ərazilərdə ekoloji zərərin dəqiq qiymətləndirilməsi, gənc ekoloqların təcrübəsinin artırılması, ekoloji terrora məruz qalan ərazilərin statistik məlumatların dünyaya çatdırılması və s.-dir: “Ümid edirik ki, ekoloji ziyan qiymətləndiriləndən sonra bu ərazilərin bərpası həyata keçiriləcək. Azərbaycan gəncləri də bu məsələdə mühüm töhfəsini verəcək. Dünənki səfərimiz bu prosesin başlanğıc nöqtəsidir”.