Bz. İyn 20th, 2021

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 664 nəfər yoluxub.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 605 397 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 529 586 nəfəri sağalıb, 4 478 nəfəri isə vəfat edib.