Ça. İyn 22nd, 2021

İstanbul-Tehran reysi ilə uçan təyyarə Bakı istiqamətində yola düşüb.

İmam Xomeyni adına Beynəlxalq Hava Limanının ictimai əlaqələr şöbəsinin müdiri Fərşid Hüseyni ISNA-ya açıqlamasında bildirib.

O bildirib ki, hava şəraitinin uyğun olmadığına görə, “Turkish Airlines” hava yolları şirkətinə məxsus təyyarənin pilotu aeroporta enməməyə qərar verib.

Aeroport rəsmisi deyib ki, təyyarə Bakı istiqamətində yola düşüb. Pilot havanın normallaşmasından sonra Tehrana uçacağını bildirib.