Şb. İyl 24th, 2021

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 8561 nəfər yoluxub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 420 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 85 881 nəfərə çatıb. Ölkədə hazırda 491 630 aktiv koronavirus xəstəsi var, onlardan 2421-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 475 372 nəfərdən 1 897 861 nəfər sağalıb.