Ca. İyn 24th, 2021

Kubanın şərqində baş verən helikopter qəzasında 5 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin İnqilabçı Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Olqin əyalətindən Quantanamo əyalətinə gedən vertolyot təpəyə çırpılıb. Nəticədə vertolyotda olan 5 ekipaj üzvü ölüb.