Şb. İyn 19th, 2021

Kür çayında içindəki şəxslərlə birgə çevrildiyi ehtimal olunan qayıq aşkar edilib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, iki nəfərin olduğu zaman çevrildiyi ehtimal edilən qayıq tapılıb.

Qayıqda olan şəxslərin aşkar edilməsi üçün axtarış tədbirləri davam etdirilir.

***

Saat 21:11

Kür çayında gəzinti qayığı batıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.

Daxil olmuş çağırış əsasında aidiyyəti qurumlar qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.